Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini deyib.
“O, Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşdə qeyd edib ki, problemin hərbi yolla həlli yoxdur və Aİ ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini tam dəstəkləyir”, - deyə Ermənistan XİN-in mətbuat xidmətinin məlumatında bildirilir.*