Almaniyanın prezidenti Frank-Valter Ştaynmayer Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini yeni bünövrə üzərində qurmağa hazır olmağını alqışlayır.
“Yeni tərəfdaşlıq sazişinə dair danışıqlar vasitəsilə Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini yeni bünövrə üzərində qurmağa hazır olmağını alqışlayıram. Almaniya bu yolda ölkənizin etibarlı tərəfdaşı olaraq qalacaq”, - deyə Frank-Valter Ştaynmayerin Milli bayramımız - Respublika Günü münasibətilə prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir.
7 fevral 2017-ci il tarixində Aİ ilə yeni sazişə dair danışıqlara start verilib.
28 may tarixində Azərbaycanda Respublika Günü qeyd edilir. **
A.Əzizov