Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasının BMT-yə üzvlüyünün 25 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka yola düşüb.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, səfər əsnasında E.Məmmədyarov BMT rəhbərliyi ilə görüşlər keçirəcək, Azərbaycan Respublikasının BMT-yə üzvlüyünün 25 illiyi və Respublika günü ilə əlaqədar Nyu-Yorkda keçiriləcək rəsmi mərasimlərdə iştirak edəcək.*
F.İsazadə