“Azərsu” ASC yeni inzibati binasının tikintisi layihəsinin tamamlanması işlərinin icrasının satınalınması məqsədilə açıq tenderin müddətini uzadıb. Bu barədə ASC-dən məlumat verilir.
Tender üzrə təkliflərin qəbulu 22 iyun tarixinədək uzadılıb. Tender proseduru iyunun 23-də baş tutacaq.
Podratçıların vəzifələrinə elektromexaniki işlərin icrası; interyer və abadlıq işlərinin icrası;
işlərin icrası ilə bağlı tələb olunan mal-material və avadanlıqların təchizatı və quraşdırılması daxildir.
Təkliflərin qiymətləndirilməsində qeyd edilən meyarlara üstünlük veriləcək: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Tenderdə iştirak haqqı 1 min manatdır.**
N.Abbasova