Bu günədək İqtisadiyyat Nazirliyi tərəfindən 1,4 mlrd. manat məbləğində investisiya layihələrinə investisiya təşviqi sənədi (İTS) verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“Bu günədək 138 sahibkarlıq subyektinə 148 İTS verilib. Bu layihələrin həyata keçirilməsi nəticəsində 10 mindən artıq iş yeri açılacaq”, - deyə məlumatda bildirilir.
148 İTS-dən 52-si Bakı şəhəri və Abşeron rayonunun, 96-sı digər rayonların, 56 İTS kənd təsərrüfatı, 96 İTS isə sənaye sahələrinin payına düşür.
"İTS-in verildiyi 46 layihə artıq qüvvədədir", - deyə məlumatda qeyd olunur.*
A.Axundov