2017-ci ilin aprel-may aylarında 258,353 min turist Azərbaycana səfər edib. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bəyan edib.
“Aprel-mayın birinciongünlüyündə 258,353 min turist Azərbaycana səfər edib. Həmçinin aprel ayında turistlərin sayı 187,577 min nəfər, mayın birinciongünlüyündə 70,776 min nəfər olub. Bununla belə, apreldə ölkəmizə səfər edən turistlərin sayı 2016-cı ilin analoji ayı ilə müqayisədə 23%, mayın birinciongünlüyündə 32% artıb”, - deyə Ə.Qarayev bu gün "Baku shopping festival"ın yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, festivalın keçirilməsi ilə bağlı ümumi xərclər 1 mln. manatı ötməyib. “Bununla belə, Azərbaycanda dövlət büdcəsinin ümumi gəliri 5,6 mln. manat təşkil edib”, - deyə Ə.Qarayev vurğulayıb.
2017-ci ilin 10 aprel-10may tarixində Birinci "Baku shopping festival" keçirilib. **
F.İsazadə