Azərbaycan Beynəlxalq Bankının (ABB) rəhbərliyi mayın 23-də Londonda xarici kreditorlarla bankın $3,4 mlrd. məbləğində xarici borcunun restrukturizasiyası ilə bağlı aparılmış danışıqların nəticələrini müsbət qiymətləndirir.
"Görüş son dərəcə konstruktiv keçib”, - deyə bankın İdarə Heyəti sədrinin birinci müavini Abbas İbrahimov bildirib.
Onun sözlərinə görə, bankın xarici kreditorlarına üç istiqamət üzrə təkliflər təqdim olunub. Xarici öhdəliklərin restrukturizasiyası prosesi plana uyğun şəkildə davam etdiriləcək.*
A.Əzizov