Azərbaycan prezidenti İlham Əliyev oktyabr ayında Macarıstana rəsmi səfər edəcək. Bu barədə Macarıstanın Bakıdakı səfiri İmre Lastotski məlumat verib.
“Azərbaycan prezidenti cari ilin oktyabr ayında Macarıstana rəsmi səfər edəcək. Əminik ki, bu səfər əlaqələrin dinamik inkişafına əlavə təkan verəcək”, - deyə İ.Lastotski bu gün jurnalistlərə bildirib.
Diplomat xatırladıb ki, Macarıstanın baş nazirinin müavini Viktor Orbanın 2016-cı ildə Azərbaycana səfəri zamanı tərəflər hər il yüksək səviyyəli səfərlərin həyata keçirilməsinə dair razılığa gəliblər.
Bu gün Bakıda iki ölkə arasında diplomatik əlaqələrin 25 illiyinə həsr olunan fotosərginin açılışı olub.
“Gördüyünüz kimi, burada biri-birinin ardınca Azərbaycan və Macarıstanın regionlarından fotolar təqdim olunub. Bu, dostluğumuzun rəmzidir və birgə fəaliyyətə və münasibətləri inkişaf etdirəcəyimizə dəlalət edir”, deyə səfir vurğulayıb. **
F.İsazadə