Sadələşdirilmiş viza rejiminin tətbiqi Azərbaycana gələn əcnəbilərin sayının artmasına şərait yaradıb. Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev deyib.
"Statistik göstəricilərə əsasən Azərbaycanda viza rejiminin sadələşdirilməsindən sonra ölkəyə gələn əcnəbilərin sayı 5 dəfə, bəzi ölkələr üzrə isə 10 dəfə artıb", - deyə F.Nəbiyev bu gün Caspian European Club və Caspian American Club üzvləri ilə görüşdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, elə ölkələr var ki, həftə ərzində oradan Azərbaycana bir ayın göstəricisi ilə müqayisədə daha çox turist gəlir.
DMX rəisi qeyd edib ki, dövlət xarici turistlərin sayının artmasına böyük əhəmiyyət verir.*
A.Əzizov