Rusiyanın "İrAero" aviaşirkəti iyunun 21-dən etibarən İrkutsk-Krasnoyarsk-Bakıya marşrutu ilə aviareys açır. Bu barədə şirkətdən məlumat verilir.
“Bu marşrut ilə ilk uçuş iyunun 21-də həyata keçiriləcək. Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri icra ediləcək. İrkutskdan uçuş yerli vaxtla 16:21-DƏ, Krasnoyarskdan - 18:50-də, Bakıya eniş - 20:30-da həyata keçiriləcək”, - deyə məlumatda vurğulanır.
Aviareyslər 108 sərnişin tutumu olan "Sukhoi Superjet 100" layneri ilə yerinə yetiriləcək. **
N.Abbasova