Azərbaycanda əcnəbi işçi qüvvəsi üçün kvota hər il azalır. Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev deyib.
"DMX xarici vətəndaşların Azərbaycanda işə düzəlməsi məsələsinə diqqətlə yanaşır. Əcnəbilər Azərbaycanda yerli kadrlar üçün vakant yerin olmadığı iş yerlərinə cəlb edilirlər", - deyə o, bu gün Caspian European Club və Caspian American Club-un üzvləri ilə görüşdə çıxışı zamanı bildirib.
DMX rəisinin sözlərinə görə, hər il əcnəbi işçi qüvvəsi üçün kvotaların miqdarı azalır. "Bu, artıq Azərbaycanda müvafiq kadr və mütəxəssislərin olması ilə bağlıdır", - deyə o qeyd edib.
F.Nəbiyev Azərbaycanın energetika sahəsini nümunə gətirib. "Əgər enerji sektorunda əcnəbi işçi qüvvəsi 2012-ci ildə 30-35% idisə, artıq bu gün 8-10% təşkil edir”, - deyə o əlavə edib.*
F.İsazadə