SOCAR İranda neft-qaz layihələrinin həyata keçirilməsində iştirak etməyi planlaşdırır. Bu barədə Azərbaycan KİV-ləri İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmirhüseyn Zamaniyyəyə istinadən məlumat yayıb.
“Ötən ay SOCAR İrandakı layihələrdə iştirak etmək üçün müraciət edib. Bu müraciətə baxılıb və müsbət cavab verilib. Biz SOCAR neft şirkətini ciddi tərəfdaş kimi qəbul edirik və onun İranda reallaşdırılan neft-qaz layihələrində iştirakına razıyıq”, - deyə o bildirib.
Nazir müavininin sözlərinə görə, İrana qarşı tətbiq edilmiş beynəlxalq sanksiyalar aradan qaldırıldıqdan sonra “Total”, “Shell” kimi dünyanın iri neft şirkətləri İranın enerji sahəsinə investisiya yatırmaq istəklərində olduqlarını bildiriblər.
Ə.Zamaniyyə əlavə edib ki, SOCAR İranda qazma və emal sahəsindəki layihələrdə iştirak edə bilər. "SOCAR-a potensial layihələr təklif olunub və şirkət onları özü seçməlidir», - deyə o qeyd edib.*
N.Abbasova