Azərbaycanla ikitərəfli əlaqələrin inkişafı Tümen üçün prioritetlərdən biridir. Bu barədə Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev bəyan edib.
“Azərbaycanla münasibərlərin mövcudluğu bizim üçün çox vacib və prioritet istiqamətlərdən biridir”, - deyə V.Yakuşev “Tümen vilayəti: reallıqlar, potensial, inkişaf” adlı press-tur həyata keçirən Azərbaycanın KİV nümayəndələri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan jurnalitlərinin Tümenə press-turun keçirilməsi ideyası bu valyətin 2016-cı ilin noyabr ayıbndas Bakıya səfəri zamanı irəli sürülüb.
“Bugünkü səfər Tümen vilayəti və Azərbaycan arasında çox yaxşı dialoqun davamıdır. Azərbaycanla çox oxşar iqtisadiyyat strukturmuz var. Burada karbohidrogen xammalı - həm hasilat, həm dərin emal, həm də nəqli ilə bağlı bir çox amillər mövcuddur”, - deyə qubernator qeyd edib.
O, neft-qaz maşınqayırması sahəsində birgə müəssisənin yaradılmasının əhəmiyyətini vurğulayıb. “O cümlədən, Bakıda bu varədə danışıqlar olub. Bu gün Azərbaycanda neft-qaz maşınqayırması fəal inkişaf etməyə başlayır, lakin bir sıra istiqamətlər üzrə sullar qalmaqdadır, bu avadanlıq xatricdən alınır. Buna görə bizim təkliflərimiz kifayət dərəcədə maraqlıdır. Düşünürəm ki, burada ortaq nöqtələrimiz var”, - deyə V.Yakuşev bildirib.
Bu mənada o, “СИБУР Тобольск” iri neft-kimya müəssisəsi tərəfindən azərbaycanlı həmkarlarla əməkdaşlığa marağın olduğunu qeyd edib.
“СИБУР” polimer emalı, polimer məmulatların tökelməsi, plastik qablaşdırma istehsalı üzrə çox maraqlı layihələrin birgə reallaşdırılması təklifi ilə çıxış edib.
Qubernatorun sözlərinə görə, yaxın zamanda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbrəliyi ilə nümayəndə heyətinin Tümen vilayətinə səfəri gözlənilir.
“Ümid edirik ki, Ş.Mustafayev Azərbaycan şirkətlərinin rəhbərləri ilə Tümen vilayətinə rəsmi səfər edəcək. Biz bu barədə razılığa gələrək detalları müzakirə etmişik. Tümen vilayətində sənaye parkları şəbəkəsi yaradılıb, burada nəzərdə tutulan layihələrin reallaşdırılması mümkündür. Sənaye parklarının rezidentlərinə nəinki torpaq sahələri verilir, həm də onlar müəyyən müddətə əmlak və gəlir üzrə regional vergidən azad edilirlər”, - deyə V.Yakuşev vurğulayıb. **
R.Babayev