Azərbaycan 2017-ci ilin yanvar-aprel aylarında 416,5 mln. ABŞ dolları həcmində qeyri-neft sektoruna aid mal ixrac edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 22% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında bildirilir.
Bu ixrac əməliyyatlarında 846 şirkət iştirak edib.
2017-ci ilin yanvar-aprel aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisi ixracı 8,3 dəfə, pambıq lifi ixracı 7,3 dəfə, kimya sənayesi məhsulları ixracı 82%, spirtli və spirtsiz içki ixracı 32%, meyvə-tərəvəz ixracı 26,7%, çay ixracı 25% artıb.
Bu ilin aprel ayı ərzində 377 şirkət tərəfindən 143 mln. ABŞ dolları həcmində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2017-ci ilin 4 ayı ərzində qeyr-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya ($37 mln.), Türkiyə ($32 mln.), İsveçrə ($25 mln.), Gürcüstan ($21 mln.) və İtaliya ($6 mln.) var.
2016-cı ildə Azərbaycan qeyri-neft məhsullarının ixrac həcmini 16,4% - $1 mlrd. 237,1 mln.-dək azaldıb.*
A.Əzizov