2017-ci ilin yanvar-aprel aylarında Azərbaycan ixracatçıları Azexport.az saytının vasitəsilə vasitəsilə $111 mln. məbləğində sifarişlər əldə ediblər. Bu barədə İqtisadi İslahatlarınTəhlilivə Kommunikasiya Mərkəzinin(İİTKM) məlumatında deyilir.
“Yanvarda Azexport.az portalına $48 mln., fevralda - $6,5 mln., martda -$27 mln., аpreldə - $29,9 mln. məbləğində sifarişlər daxil olub”, - deyə İİTKM-dən qeyd edilir.
Bu təkliflər əsasən Rusiyadan ($15,7 mln.), Ukraynadan ($12,6 mln.), Türkiyədən ($7,9 mln.), İrandan ($4,7 mln.), İraqdan ($3,9 mln.), Qazaxıstandаn ($3,9 mln.), Pоlşadan ($3,9 mln.), Nigeriyadan ($3,1 mln.), ABŞ-dan ($3,1 mln.), Səudiyyə Ərəbistanından ($3,1 mln.) və digər ölkələrdən daxil olub.
Apreldə daxil olan sifarişlərin təhlili zamanı aşkar edilir ki, dünya bazarında Azərbaycanda istehsal olunan meyvə sokları, sürtkü yağları, şəraba, yumurtaya, quş ətinə, flndıqa, quru südə, meyvə-tərəvəz məhsullarına, boyalara və digər məhsullara ehtiyac var.
İİTKM 2016-c ilin dekabr ayında Azexport.az portalını istifadəyə verib. **
A.Əzizov