Dağlıq Qarabağ münaqişəsinin həlli üçün baza sənədləri BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdir. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələr (4 qətnamə - İF) bu məsələdə baza sənədləridir. Ermənistanın bu qətnamələrin tələblərini yerinə yetirilməməsi təəssüf doğurur”, - deyə o, Nyu-Yorkda BMT baş katibi Antonio Qutereslə görüşü zamanı deyib.
Nazir münaqişənin həlli üçün substantiv danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.*
F.İsazadə