Bu günədək Azərbaycanda sənaye parklarına ümumilikdə $553 mln.-dan çox investisiya qoyulub. Bu barədə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova məlumat verib.
«Rezidentlər indiyədək ölkədə sənaye parklarına $553 mln.-dan çox investisiya qoyub. Bu isə 3 mindən çox yeni iş yerinin yaradılmasına imkan verib», - deyə o, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
Nazir müavininin sözlərinə görə, növbəti mərhələlərdə sənaye parklarına $1 mlrd.-dan artıq investisiya qoyuluşu gözlənilir.*
A.Axundov