Azərbaycan prezidentiİlham Əliyev iyun ayında Polşaya rəsmi səfər edəcək.
“Möhtərəm cənab prezident, cari ilin iyun ayında Polşa Respublikasına rəsmi səfərinizi gözləyirəm”, - deyə Polşa prezidenti Andjey Dudanın İ.Əliyevə Azərbaycanın milli bayramı - Müstəqillik Günü ilə bağlı ünvanladığı təbrik məktubunda deyilir. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
A.Duda əmindir ki, bu səfər Polşa və Azərbaycan arasında yüksək səviyyəli siyasi dialoqa, xüsusən iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişlənməsinə təkan verəcək.
28 may tarixində Azərbaycanda Müstəqilik Günü qeyd edilir. **
A.Əzizov