Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsindən razıdır və İkitərəfli əməkdaşlıq əlaqələri kompleksinin gələcəkdə inkişafına əmindir.
“Hörmətli İlham Heydər oğlu, xalqınızın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Azərbaycanın iqtisadi, sosial, elmi-texniki və digər sahələrdə qazandığı uğurlar hamıya məlumdur. Sizin ölkəniz dünya arenasında haqlı olaraq nüfuz qazanıb, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynayır”, - deyə V.Putinin azərbaycanlı həmkarı İ.liyevə ünvanladığı təbrik məktbunda deyilir.
V.Putin bildirib ki, Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq ruhunda dinamik inkişaf edir.
“Bütün səviyyələrdə məzmunlu siyasi dialoq, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq tənzimlənib. Əminəm ki, birgə səylərimizlə ikitərəfli əməkdaşlıq əlaqələri kompleksini bundan sonra da inkişaf etdirəcəyik. Bu, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məcrasında ölkələrimizin dost xalqlarının köklü mənafelərinə uyğun olaraq cərəyan edir”, - deyə dövlət başçısının saytında dərc olunan məktubnda vurğulanır. **
A.Əzizov