Argentinanın Azərbaycandakı səfirliyi "Landmark Hotel Baku" ilə birgə gələn həftə Bakıda iki tanqo-şou təşkil edəcək. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Argentina səfiri Karlos Dante Riva məlumat verib.
"Gələn həftə biz Bakıda iki tanqo-şou təşkil edəcəyik. Sentyabrın ortalarında isə Azərbaycan Atçılıq Federasiyası tərəfindən təşkil olunacaq Polo üzrə çempionatın keçirilməsi məsələsi ilə məşğul olacağıq", - deyə səfir bildirib.*
F.İsazadə