Aprelin 19-dan eibarən “United Credit Bank” ASC-nin əmanətçilərinə 1 mln. 743 min manatdan artıq məbləğdə kompensasiya ödənilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əmanətlərin Sığortalanması Fondundan (ADIF) məlumat verilib.
Xəbər verildiyi kimi, aprelin 19-dan etibarən ADIF “United Credit Bank”ın sığorta olunan əmanətləri üzrə kompensasiyaların ödənişinə başlayıb.
2016-cı ildə bağlanan 11 bankın əmanətçilərinə ümumilikdə 733,318 mln. manatsan artıq kompensasiya ödənilib.
"Texnikabank" ASC-nin əmanətçilərinə 120,433 mln. manat, “Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə 24,161 mln. manat, “Gəncəbank” ASC-nin əmanətçilərinə 976,44 min manatdan artıq kompensasiya ödənilib.
Bundan əlavə, “Zaminbank” ASC-nin əmanətçiləri 58,229 mln. manat, “Parabank” ASC-nin əmanətçiləri 43,218 mln. manat, “Kredobank” ASC-nin əmanətçiləri 27,771 mln. manat, “Dekabank” ASC-nin əmanətçiləri 3,087 mln. manatdan artıq kompensasiya alıblar.
“Atrabank” ASC-nin əmanətçilərinə 14,35 mln. manat, "Qafqaz İnkişaf Bankı” ASC-nin əmanətçilərinə 2,004 mln. manat kompensasiya ödənilib.
“Bank Standard”ın əmanətçilərinə isə 437,346 mln. manatdan çox kompensasiya ödənilib.**
N.Abbasova