Ötən gün Azərbaycan ərazisində baş vermiş 7 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həlak olub, 8 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 96 cinayət faktı qeydə alınıb, onların 18-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 18 nəfər tutulub.
Bundan başqa, axtarışda olan 26 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.**
F.İsazadə