2017-ci ilin I rübündə Azərbaycana kondisioner idxalı 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4,5 dəfə - 10,371 min ədədə qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $2 mln. 528 min məbləğində qiymətləndirilir (2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə artım 4,5 dəfə)”, - deyə məlumatda bildirilir.
I rübdə hesablama maşınları, blok və qurğularının ölkəyə idxalında kəskin artım müşahidə olunub. Bu dövrdə Azərbaycana $9 mln. 599,4 min dəyərində 58,641 min ədəd hesablama maşını, blok və qurğusu (artım 2 dəfə) idxal olunub.
Bundan başqa, 2017-ci ilin I rübündə paltaryuyan maşınların idxalı 90,3% - 28,017 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $4 mln. 278,1 min (artım 45,3%) təşkil edir.*
N.Abbasova