Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) iyunun 13-də Azərbaycan sahibkarları üçün təqdimat keçirərək bankın strategiyası və xidmətləri barədə ətraflı məlumat verəcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
“Tütün məhsulları, araq və brendi, zərərli kimyəvi məhsullar, silah və qumar dövriyyəsi istisna olmaqla, iqtisadiyyatın bütün sektorlarında fəaliyyət göstərən şirkətlər QDTİB-in xidmətlərindən yararlana bilər”, - deyə məlumatda bildirilir.
QDTİB layihələrin orta və uzunmüddətli maliyyələşdirilməsi, korporativ kreditəşdirmə, şirkətlərin kapitalında iştirak və eləcə də zəmanət təklif edir.*
A.Axundov