Bakının mövqeyinin dəyişilməz olması Azərbaycanlın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpası məsələsinin həllinə yardım edir. Ukrayna prezidenti Petro Poroşenko buna əmindir.
“Müstəqillik illərində Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirərək, qətiyyətlə yüksək inkişaf templəri nümayiş etdirir. Bu, şübhəsiz ki, Azərbaycan Respublikası üçün milli məsələ olan və Ukraynanın da bununla bağlı mövqeyinin dəyişilməz olduğu ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpası məsələsinin həllinə yardım edəcək”, - deyə P.Poroşenkonun Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə prezidentİlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir.
P.Poroşenko əlavə edib ki, rəsmi Kiyev Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı Azərbaycanın mövqeyini yüksək qiymətləndirir.
“Sizin üçün münasib vaxtda Ukraynaya rəsmi səfərə dəvətimi təsdiq etmək istərdim”, - deyə məktubda deyilir.
“Qəti əminəm ki, sizin Ukraynaya rəsmi səfəriniz, Ukrayna və Azərbaycan Prezidentləri Şurasının növbəti iclasının keçirilməsi ölkələrimizin xalqlarının rifahı naminə tərəfdaşlığımızın inkişafına güclü təkan verəcək”, - deyə təbrikdə vurğulanır. **
F.İsazadə