Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin restrukturizasiyası onun ciddi şəkildə sağlamlaşdırılmasına kömək edəcək. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün “İqtisadi islahatlar: əldə edilmiş nəticələr və tövsiyələr” adlı konfransda deyib.
"ABB-nin xarici borclarının restrukturizasiyası prosesi uğurla başa çatarsa, bu, bankın əhəmiyyətli dərəcədə sağlamlaşmasına, kapitalın səviyyəsinin yaxşılaşmasına, yetərli likvidliyin təmin olunmasına və müsbət pul axınına, yəni öhdəliklər üzrə xərclərin aktivlərdən əldə edilən gəlirlər hesabına ödənilməsinə imkan verəcək”, - deyə o bildirib.
Sədrin sözlərinə görə, bu, bankın özəlləşdirilməsi prosesinə başlamağa və onun bazar qiymətini artırmağa kömək edəcək.*
A.Axundov