İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının iclası iyuna qədər təxirə salınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
Daha əvvəl iclasın may ayında keçiriləcəyi barədə məlumat verilmişdi.
«Komissiyanın iclası iyun ayınadək təxirə salınıb. Hazırda tərəflər iclasın tarixini razılaşdırırlar», - deyə məlumatda bildirilir.
Komissiyanın Azərbaycan tərəfdən həmsədri Natiq Əliyevdir.*
F.İsazadə