Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin restrukturizasiyası planı kreditorlar tərəfindən qəbul edilməyəcəyi halda bu, manatın məzənnəsinə təsir etməyəcək. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov belə hesab edir.
"Biz bütün mümkün variantları, o cümlədən maliyyə nəticələrini də nəzərə almışıq", - deyə o, bu gün jurnalistlərə bildirib.
Sədrin sözlərinə görə, ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası planı Maliyyə Sabitliyi Şurası tərəfindən müzakirə edilib və Şuranın proqramına uyğun olaraq həyata keçirilir.*
A.Axundov