Formula 1 üzrə Azərbaycan Qran Prisində iştirak edəcək komandalar iyunun 19-dan etibarən Bakıya gələcəklər. Bu barədəBakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bu gün mətbuat konfransında məlumat verib.
“Biz iyunun 19-dək Azərbaycan Qran Prisinin keçirilməsinə tam hazır olacağıq və artıq həmin gün komandaların gəlməsi gözlənilir. İyunun 20-21-də pilotlar, mətbuat və federasiyaların nümayəndələri, Formula 1 rəhbərliyi Bakıda olacaqlar”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.
N.Arpadarainin sözlərinə görə, iyunun 23-də pilotların birinci və ikinci sınaq yürüşləri keçiriləcək.*
R.Babayev