Azərbaycanm Mərkəzi Bankı (AMB) iyunun ortalarında uçot dərəcəsinin təkrar baxılması məsələsinin müzakirəsini planlaşdırır. Bu barədə bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bəyan edib.
“May ayında keçirilən monitorinqin nəticlərinə görə, inflyasiyanın azalması trendi davam edir. Bu vəziyyətdə uçot dərəcəsinin yüngülləşdirilməsi, təkrar baxılması məsələsi aktuallaşır. İyunun ortalarında AMB-nin komitəsinin iclasında gündəlikdə duran əsas məsələ olacaq”, - deyə E.Rüstəmov bu gün jurnalistlərə bildirib.
O, inflyasiya ilə bağlı vəziyyətin yaxşılaşdığını qeyd edib.
“Faiz dərəcələrində əsas trend inflyasiya gözləntiləridir. İnflyasiyanın dinamikasını izləyirik və burada müsbət proseslərin şahidi oluruq. 2017-ci ilin 4 ayı ərzində inflyasiya ötən ilin analoji dövrünə olan göstəricidən aşağı olub”, - deyə E.Rüstəmov əlavə edib. **
A.Axundov