2017-ci ilin I rübü ərzində tədiyə balansının cari əməliyyatlarının say profisitini $380 mln. təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bəyan edib.
2016-cı ilin birinci rübü ərzində tədiyə balansının cari əməliyyatlarının say kəsiri $432,1 mln. təşkil edib.
“Cari ilin birinci rübünün yekunları üzrə iki il kəsirdən sonra (2015-2016-cı illərdə - İF) tədiyə balansının cari əməliyyatlarında $380 mln. həcmində say profisiti müşahidə edirik”, - deyə E.Rüstəmov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, AMB 2017-ci il ərzində bu dinamikanın qorunacağını gözləyir.
“Neftin hazırki qiymətləri, ixrac-idxal trendlərini nəzərə alaraq, biz tədiyə balansının cari əməliyyatlarında müsbət saldonun formalaşması tendensiyasının möhkəmlənməsini gözləyirik”, - deyə E.Rüstəmov əlavə edib. **
A.Axundov