Azərbaycan-Misiriqtisadi, texniki və elmi əməkdaşlıq üzrəHökumətlərarası komissiyanın növbəti iclası cari ilin iyul ayında Qahirədə keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“Komissiyanın növbəti, dördüncü iclası cari ilin iyul ayında Qahirədə keçiriləcək”, - deyə agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, hazırda tərəflər iclasın tarixi və gündəliyini razılaşdırırlar.
Hökumətlərarası komissiyanın son iclası 2007-ci ilin dekabr ayında Bakıda keçirilib.
Azərbaycan tərəfindən Komissiyanın həmsədri iqtisaqdiiyat naziri Şahin Mustafayevdir. **
F.İsazadə