İndiyədək investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən müəssisələrə yatırılan ümumi investisiyaların həcmi 1,1 mlrd. manatı ötüb. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov məlumat verib.
“Azərbaycan iqtisadiyyatına investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən müəssisələr hesabına sərmayələr 1,1 mlrd. manatı ötüb”, - deyə K.Həsənov bu gün “İqtisadi islahatlar: əldə edilmiş nəticələr və tövsiyələr” adlı konfransda deyib.
O həmçinin qeyd edib ki, bütövlükdə özəlləşdirilən müəssisələrdə 320 min yeni iş yeri açılıb.
Konfransın təşkilatçıları qismində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham-Azerbaijan”) çıxış edir. **
N.Abbasova