Azərbaycan prezidenti İlham Əliyev tezliklə “Azəri-Çıraq-Günəşli” yatağlar blokunun işlənməsi üzrə müqavilənin müddətinin uzadılmasına dair sazişin imzalanacağını gözləyir.
“Əstin müqavilə” Azərbaycanın inkişafında mühüm rol oynayır. Bu layihənin reallaşdırılmasında əldə olunan gəliri biz qeyri-neft sektorunun inkişafına yönəltmişik”, - deyə İ.Əliyev bu gün “Caspian&Gas 2017” 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmiaçılış mərasimində bildirib.
“Bu gün biz “Azəri-Çıraq-Günəşli” yatağlar blokunun işlənməsi layihəsinin inkişafı barədə düşünürük. Hesab edirəm ki, yaxın gələcəkdə investorlarla saziş imzalayacağıq. Bu çox perspektivli layihədir”, - deyə prezident əlavə edib. **
R.Babayev