Azərbaycanın reallaşdırdığı iri neft-qaz layihələri ölkəyə iqtisadi və siyasi qazanc gətirəcək. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Əminəm ki, neft-qaz sahəsində layihələr Azərbaycana iqtisadi gəlir gətirəcək və beynəlxalq arenada nüfuzumuzu möhkənləndirəcək”, - deyə İ.Əliyev “Caspian&Gas 2017” XXIV Beynəlxalq sərgi və konfransın açılış mərasimində bildirib.
Onun sözlərinə görə, bu layihələr Azərbaycan əhalisinin sosial rifahını yaxşılaşdırmağa imkan yaradacaq. “Buna görə biz neft gəlirlərini qeyri-neft sektorunun inkişafına yönəldirik. Yanvar-aprel ayları ərzində Azərbaycanda ixracın həcmi 41%, həmçinin qeyri-neft ixracı 22% artıb. ASK məhsullarının ixracında artım 44% təşkil edib”, - deyə prezident vurğulayıb.
İ.Əliyevin sözlərinə görə, “o cümlədən, gələcəkdə Azərbaycan müxtəlif istiqamətdə inkişaf edəcək”.
Prezident əlavə edib ki, boru kəməri infrastrukturu daxil olmaqla, Azərbaycanın reallaşdırdığı iri neft-qaz layihələri regionun stabil inkişafını təmin edir. **
R.Babayev