Xarici işlər naziri Elmar Məmmədyarov və Kolumbiya Respublikasının prezidenti Xuan Manuel Santos Kalderon iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu qeyd edirlər.
E.Məmmədyarov ilə Kolumbiyaya prezidentinin görüşü əsnasında Azərbaycan və Kolumbiya arasında mövcud yüksək səviyyəli dost əlaqələrinin inkişafından məmnunluq ifadə edilib və sözügedən əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb”, - deyə XİN-in məlumatında bildirilir.
İki ölkə arasında siyasi, iqtisadi, kənd təsərrüfatı və energetika sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb və ticarət əlaqələrinin möhkəmləndirilməsinin vacibliyi qeyd olunub.
E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verib.*
F.İsazadə