2017-ci ilin yanvar-may aylarında manat dollara qarşı 3,88% möhkəmlənib. Bu barədə Azərbaycan Mərkəzi Bankın məlumatları əsasında “İnterfaks-Azərbaycan” agentliyi məlumat verib.
Bununla belə, may ayında manatın dollara qarşı məzənnəsi 0,29% möhkəmlənib (aprel ayında manat dollara qarşı 1,27% möhkəmlənib).
Mayda manatın dollara qarşı orta məzənnəsi cari ilin mart ayında 1,706 AZN/$1-ə qarşı 1,7023 AZN/$1 təşkil edib.
Yanvar-may aylarında manat avroya qarşı 2%, həmçinin mayda 2,817% ucuzlaşıb (apreldə manat 0,478% ucuzlaşıb).
Xəbər verildiyi kimi, 2016-cı ildə manat dollara qarşı 13,6% ucuzlaşıb.**
A.Əzizov