2016-cı il ərzində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin xalis mənfəəti 905,768 min manat təşkil edib.
Cəmiyyətin audit olunan illik maliyyə hesabatına əsasən, 2016-cı il ərzində NİMM-in gəlirləri 15 mln. 2,192 min manat, həmçinin birjadankənar əməliyyatlardan gəlirlər 2 mln. 387,818 min manat, qalan gəlirlər 12 mln. 614,374 min manat təşkil edib.
Mərkəzin xərcləri 4 mln. 379,821 min manat, o cümlədən, əmək haqqları və sosial ödənişlər 1 mln. 890,901 min manat olub.
1 yanvar 2017-ci il tarixinə cəmiyyətin aktivləri 11 mln. 550,315 min manat, həmçinin uzunmüddətli aktivləri 10 mln. 600,467 min manat, qısamüddətli 949,848 min manat təşkil edib.
31 dekabr 2016-cı il tarixinə NİİM-in öhdəlikləri 22,176 min manata bərabərdir.
Cəmiyyətin kapitalı 11 mln. 528,139 min manatdır və bütün həcmi nizamnamə kapitalının payına düşür. **
A.Əzizov