Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Şırnak əyalətinin Uludərə rayonundakı Şenoba bölgəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə bağlı Türkiyə milli müdafiə naziri Fikri İşıka başsağlığı ünvanlayıb.
"Qardaş Türkiyə Respublikasının Şırnak vilayatində baş vermiş helikopter qəzası nəticəsində biri general olmaqla çox sayda hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən sarsıtdı”, - deyə başsağlığında bildirilir.
Nazir həlak olanlara rəhmət diləyib, ailələrinə başsağlığı verib. **
F.İsazadə