ABŞ ticarət missiyası 16-18 oktyabr tarixlərində Azərbaycana gələcək. Bu barədə Amerika-Azərbaycan Ticarət Palatasından (USACC) məlumat verilib.
«Missiya 15-20 Amerika şirkətinə inkişaf edən Azərbaycan bazarında şərtlərlə tanış olmaq imkanı yaradacaq», - deyə palatanın məlumatında bildirilir.
Nümayəndə heyətinə kənd təsərrüfatı, aerokosmik, maliyyə, neft-kimya, energetika və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri daxil olacaq.*
A.Axundov