2016-cı il ərzində “Bakı Metropoliteni” ASC-nin xalis zərəri 78 mln. 695 min 536,58 manat təşkil edib, bu isə 2015-ci ilin göstəricisindən 2,8 dəfə çoxdur.
Bu məlumatlar “Bakı Metropoliteni”nin saytında dərc olunan ASC-nin 2016-cı il üzrə birləşdirlimiş maliyyə hesabatında qeyd edilir.
Maliyyə hesabatına əsasən, 2016-cı ildə metropolitenin sərnişindaşımadan gəlirləri 42 mln. 261,64 min manat (azalma 1,7%), büdcədən maliyyə yardımı 37 mln. 998,199 min manat (2015-ci ilin göstəricisinə uyğundur) təşkil edib.
2016-cı ildə “Bakı Metropoliteni”nin aktivləri 4,9% - 2 mlrd. 335 mln. 599 min 482,06 manatadək artıb. 2017-ci ilin əvvəlinə cəmiyyətin uzunmüddətli aktivləri 2 mlrd. 245 mln. 605 min 227,31 manata, qısamüddətli aktivləri 89 mln. 994 min 254,75 manata bərabərdir.
2015-ci ildə QSC-nin kapitalı 6,5% - 2 mlrd. 271 mln. 79 min 433,62 manatadək artıb. Bununla yanaşı, cəmiyyətin nizamnamə kapitalı 2 mlrd. 580 mln. 638 min 397,2 manata (artım 8,7%) bərabərdir.
1 yanvar 2017-ci il tarixinə QSC-nin bölüşdürülməmiş zərəri 309 mln. 558 min 063,58 manat həcmində qiymətləndirilir.
Ötən il cəmiyyətin öhdəlikləri 32% - 64 mln. 520 min 48,44 manatadək azalıb. **
A.Əzizov