Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında dərman vasitələrinin pulsuz paylanmasına qadağanın nəzərdə tutulduğu İnzibati Xətalar Məcəlləsinə düzəlişlər müzakirəyə çıxarılıb.
Təklif olunan düzəlişlər dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə görə cərimə sanksiyalarının tətbiqini nəzərdə tutur.
Xüsusilə, cərimələrin məbləği fiziki şəxslər üçün 300-500 manat, vəzifəli şəxslər üçün 800-1000 manat, hüquqi şəxslər üçün 1 mindən manatdan 2 min manatadək təşkil edəcək.
Müzakirələrin yekunlarına görə, qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. **
R.Babayev