Azərbaycan prezidenti İlham Əliyev köməkçilərinin sayını artırıb.
Prezidentin saytında dərc olunan məlumata əsasən, İ.Əliyev yeni beş köməkçi təyin edib.
Xüsusilə, Fuad Ələsgərov prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi təyin olunub.
Bundan başqa, prezidentin yeni köməkçiləri Azər Əmiraslanov (aqrar məsələlər üzrə), Zeynal Nağdəliyev (ərazi-təşkilati məsələlər), Novruz Məmmədovdur (xarici siyasət üzrə), Dilarə Seyidzadə (Prezidentin Katibliyinin rəisi) prezidentin köməkçiləri olublar.
Natiq Əmirov prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi təyin edilib.
Beləliklə, Azərbaycan prezidentinin köməkçilərinin sayı 10-a çatıb.
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda dəyişiklikləri təsdiq edib. Xüsusilə, Hüquq mühafizə orqanları ilə iş və Hərbi məsələlər üzrə şöbələr birləşdirilib. O cümlədən, Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsi yaradılıb. Şöbənin müdiriYusuf Məmmədəliyevdir.
Hazırda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturuna Administrasiyanın rəhbəri, 10 köməkçi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi, 15 şöbə (onlardan 8-ə prezidentin köməkçiləri rəhbərlik edir) və bir sıra digər xidmətlər (mətbuat katibi, protokol xidməti və s.) daxildir. **
R.Babayev