Bu gün Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayəti təmin edilməyib.
Maliyyə fırıldaqlarında ittiham olunan C.Hacıyev 2016-cı il oktyabrın 14-də 15 il müddətinə azadlıqdan məhrum edilib.
İş üzrə təqdirləndirilən şəxs qismində ABB-nin Mərkəzi filialının direktoru işləmiş İlqar Abdullayev və Yusif Ələkbərov, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank” ASC-nin sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadoviştirak edib.
Məhkəmənin qərarı ilə A.Sultanov, İ.Abdullayev, M.Cahangirov və K.Orucovun hər biri 8 il, İ.Hüseynov və Y.Ələkbərov 11 il, A.Cavadov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.*
R.Babayev