SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 2017-ci ilin yanvar-may aylarında Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri ilə ixrac edilmiş 573,838 min ton neft yola salıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2016-cı ilin yanvar-may aylarında SOCAR Novorossiysk limanından 319,499 min ton neft yola salıb. Beləliklə, cari ilin yanvar-may aylarında şirkətin limandan yola saldığı neftin həcmi 79,6% artıb.
2017-ci ilin may ayında SOCAR Novorossiysk limanından 84,631 min ton neft yola salıb.
“Транснефть” SC və SOCAR arasında saziş 2017-ci ildə Bakı-Novorossiysk neft kəməri ilə 1,5 mln. tona yaxın Azərbaycan neftinin nəqlini nəzərdə tutur. Bu həcmin 325 min tonu cari ilin birinci rübündə nəql üçün bəyan olunub.
2016-cı ildə SOCAR Novorossiysk limanından 1 mln. 217,799 min ton neft yola salıb.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.**
A.Əzizov