Monqolustan Azərbaycanın yaxın gələcəkdə dənizə çıxışı olmayan, inkişaf edən ölkələrin hüquqlarının və maraqlarının qorunmasına xidmət edən Beynəlxalq Beyin Mərkəzinin yaradılması barədə çoxtərəfli razılaşmaya qoşulacağına ümid edir. Bunu Monqolustanın prezidenti Saxiaqiyn Elbeqdorj deyib.
“Monqolustan beynəlxalq səviyyədə dənizə çıxışı olmayan, inkişaf edən ölkələr məsələsi ilə bağlı qəti fəaliyyət göstərir və bu ölkələrin Ulan-Batorda Beynəlxalq Beyin Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb. Əminəm ki, Azərbaycan yaxın gələcəkdə dənizə çıxışı olmayan, inkişaf edən ölkələrin hüquqlarının və maraqlarının qorunmasına xidmət edən Beynəlxalq Beyin Mərkəzinin yaradılması barədə çoxtərəfli razılaşmaya qoşulacaq”, - deyə S.Elbeqdorj 28 may - Respublika Günü münasibətilə prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd edib.
O, prezident İ.Əliyevi Monqolustan ilə Azərbaycan arasındakı dostluq münasibətlərini hər iki xalqın maraqları naminə daha da genişləndirməyə və inkişaf etdirməyə sadiq olduğuna əmin edib.*
A.Əzizov