1 iyun 2017-ci il tarixinə olan məlumata görə, bu günədək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 240 mln. ton mənfəət nefti hasil olunub. Bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.
"2017-ci il iyunun 1-nə olan vəziyyətə görə, AÇG blokundan 428,4 mln. ton neft hasil edilib. Bu həcmin 240 mln. tonu Azərbaycanın mənfəət neftinin payına düşüb", - deyə o, bu gün Bakıda keçirilən “Caspian Oil&Gas2017” konfransında çıxışı zamanı bildirib.
Birinci vitse-prezidentin sözlərinə görə, bu günədək dünya bazarlarına 448 mln. ton Azərbaycan nefti ixrac edilib. Bunun 333 mln. tonu Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə yola salınıb.*
N.Abbasova