2017-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın bank sektorunun xalis mənfəəti 148,1 mln. manat təşkil edib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.
Bu dövrdə bankların faiz gəlirləri 675 mln. manat, həmçinin verilən kreditlər üzrə - 504,4 mln. manat təşkil edib.
Hesabat dövrü ərzində bankların faizsiz gəlirləri 364 mln. manat olub.
4 ay ərzində bankların faiz xərcləri 332,4 mln. manat, o cümlədən, depozitlər üzrə - 131,9 mln. manat olub. Bankların qeyri-faiz xərcləri 306,8 mln. manat təşkil edib.
Bütövlükdə, yanvar-aprel aylarında bankların xalis əməliyyat zərəri 399,8 mln. manat olub. Bundan başqa, bu dövrdə 243,7 mln. manat məbləği banklar aktivlər üzrə mümkün itkilərin ödənilməsi məqsədilə ehtiyatların formalaşmasına yönəldiblər.
Bankların vergiöncəsi mənfəəti 159,7 mln. manat, gəlirə vergi üzrə ödənişləri 11,6 mln. manat təşkil edib.
Xəbər verildiyi kimi, 2016-cı ilin yekunları üzrə bankların ümumi xalis zərəri 1 mlrd. 667,6 mln. manat olub. **
A.Əzizov