2006-2017-ci illərdə “Şahdəniz” yatağından ümumilikdə 83 mlrd. kubmetr qaz hasil edilib. Bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bu gün Bakıda keçirilən “Caspian Oil&Gas” konfransında məlumat verib.
"Bu günədək “Şahdəniz” yatağından 83 mlrd. kubmetr qaz və 21 mln. ton kondensat hasil edilib", - deyə o bildirib.
Birinci vitse-prezidentin sözlərinə görə, yataqdakı 6 quyudan sutkada 30 mln. kubmetr qaz və 7 min ton kondensat hasil olunur.
X.Yusifzadə, həmçinin qeyd edib ki, “Şahdəniz” yatağından çıxarılan qazın ixracına başlanıldığı dövrdən bu günədək Gürcüstana 6,3 mlrd. kubmetr, Türkiyəyə 46,5 mlrd. kubmetr qaz ixrac edilib.
"Gürcüstana sutkada 2,3 mln. kubmetr, Türkiyəyə 18,5 mln. kubmetr qaz ixrac edilir", - deyə o əlavə edib.*
N.Abbasova