Azərbaycan Avropa sosial xartiyasının tələbrlərinə uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsinə dair ardıcıl addımlar atır. Bu barədə Milli Məclisin əmək vəsosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bəyan edib.
“Azərbaycan hökuməti əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn Avropa sosial xartiyasının tələbrlərinin icrasına dair ardıcıl tədbirlər görür”, - deyə H.Rəcəbli bu gün Bakıda keçirilən “Avropa sosial xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların möhkəmləndirilməsi” milli parlament seminarında deyib.
Seminar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin iclası çərçivəsində keçirilir.
Onun sözlərinə görə, Azərbaycan Avropa sosial xartiyasının 18 maddəsinə qoşulub.
“Əmək hüququnun təminatı Azərbaycan üçün çox aktual problemdir. Ölkəmizin illik əhalisi 1,2% artır, bu da yeni maliyyə, elektron və əmək tutumlu iş yerlərinin yaradılmasına zərurət yaradır. Buna görə, biz əmək məşğulluğu ilə bağlı problemlə qarşılaşırıq. Həmçinin miqrasiya məsələləri gündəliyə çıxır”, - deyə o qeyd edib.
H.Rəcəblinin sözlərinə görə, bununla əlaqədar Azərbaycan hökuməti vətəndaşların əmək hüquqlarının təminatı məqsədilə Avropa sosial xartiyasının 1-ci maddəsinin tələbinin reallaşdırılmasına xüsusi diqqət ayrılır.
“Həyata keçirilən tədbirlər nəticəsində kiçik və orta sahibkarlıq inkişaf edir. Əmək tutumlu iş yerlərinin yaradılması məqsədilə Milli Məclisdə “Turizm haqqında” qanun layihəsi müzakirə olunur. Aqrar və emal müəssisələrinin yaradılmasına böyük diqqət ayrlılır”, - deyə komitə sədri vurğulayıb.
Onun sözlərinə görə, iş yerlərinin ləğv olunması ilə bağlı problemlərin həllinə yüksək diqqət ayrılır.
“Xartiyanın 24-cü maddəsi ən vacib məsələlərdən biridir. Bununla bağlı işsizlikdən sığortaya kəskin zərurət yaranır. Bu cür qanun layihəsi parlamentdə müzakirə olunur. Onun qəbulu işsizlik müavinətlərinin məbləğini artırmağa imkan verəcək. Bundan başqa, Avropa sosial xartiyasının tələblərinin icrası nəinki işsizlik müavinətlərinin ödənilməsi, həm də işsiz vətəndaşların mə.ğulluqla və sosial müdafiə ilə təminatını nəzərdə tutur”, - deyə H.Rəcəbli vurğulayıb. **
R.Babayev